Baş səhifə >Xəbərlər

Xəbərlər

Bakı Kartinq Turniri 2023
2023-04-29 10:38:00
481

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi günlərinə rəng qatan daha bir tədbir aprelin 29-da keçirilən Bakı Kartinq turniri olub.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışda 16 yaşadək yeniyetmələr mübarizə aparıblar.

Gərgin idman mübarizəsi ilə yadda qalan final mərhələsində 14 yaşlı Raul Təhməzli bütün rəqiblərini geridə qoymağı bacarıb. 54,178 saniyəlik dövriyyə rekordu ilə hamıdan önə keçən Raul yekunda birinci pillənin sahibi olub. İkinci yeri Rüfət Əhmədov (55,120 saniyə), 3-cü pilləni isə 12 yaşlı Niyazi Qurbanov (55,434 saniyə) tutub.

Finalda qalib gələnlər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən kubok və sertifikatlar ilə mükafatlandırılıb. Həmçinin yarışa qatılan digər 9 yeniyetmə sürücüyə də iştirakçı sertifikatları təqdim edilib.

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
7041

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
6434

"Baku Kartinq və Tədbir mərkəzi"-də Bakı Kartinq müsabiqəsi baş tutub

10.12.2019
5073