Baş səhifə >AAF haqqında

AAF haqqında

Azərbaycan Avtomobil Federasiyası ölkəmizdə avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi ilə bağlı olan bütün peşəkar və həvəskar təşkilatları və insanları bir araya gətirən, onların birgə fəaliyyətini təşkil edən bir qurumdur.

Federasiyanın əsas fəaliyyət istiqamətlərini Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinin təmini, avtomobil idmanının və avtomobil turizminin inkişafı, təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşkilidir.

Federasiya həmçinin ölkəmizdə avtomobil sənayesinin inkişafına dəstək verir. Müxtəlif növ avtomobil yarışları təşkil etməklə yanaşı, eyni zamanda AAF peşəkar idmançılar hazırlaylır və onların beynəlxalq yarışlara qatılmasını təmin edir.

Azərbaycan Avbomobil Federasiyası artıq Beynəlxalq Avtomobil Federasiyası FİA-nın tamhüquqlu üzvüdür. Dünyada avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi, avtomobil sənayesindəki yeniliklər və bütün digər beynəlxalq layihələri təşkil və idarə edən FİA Azərbaycan Avtomobil Federasiyası ilə əməkdaşlıq edir və onun ölkəmizdəki fəaliyyətini tam dəstəkləyir.

Əlaqə