Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçiriləcək.
Tədbir Bakı Bulvarında klassik avtomobillərin sərgisi ilə start götürəcək. Daha sonra isə “Sea Breeze” istiqamətində yürüş baş tutacaq.
Tədbirdə öz klassik avtomobili ilə iştirak etmək istəyən şəxslər info@faa.az e-poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlavə suallar üçün əlaqə nömrəsi: 994 50 295 01 00



