Baş səhifə >Xəbərlər

Xəbərlər

V1 Challenge Bakı Kuboku
2022-11-27 16:03:00
1651

Noyabrın 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarışlarından biri - V1 Challenge seriyalarından olan yarış və drift şou keçirilib.

 

İlk dəfə keçirilən V1 Challenge Bakı kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

 

Qeyd edək ki, buna qədər ölkəmizdə V1 Challenge seriyasından bir neçə yarış təşkil olunsa da, V1 Challenge Bakı kuboku ilk dəfə keçirilir. Həyəcanlı avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobilləri ilə şou olub. “Volkicar” maşınlarının iştirakı ilə keçirilən yarış isə kvalifikasiya və final mərhələlərində olub.

 

“Volkicar”larda yerli pilotlar müxtəlif yaddaqalan və həyəcanla izənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıb. 12 pilot maraqlı yarış trekində məharətlərini sərgiləyib.

 

Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb. Buna yarışda iştirak edən pilotların məharəti və “Volkicar”ların texniki imkanları şərait yaradıb. Belə ki, “Volkicar” yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 km/saat sürətinə çata bilir. Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafına yönəlib.

Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsif heyəti müəyyən edib. Münsiflərdə tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunurdu.

 

V1 Challenge Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən 6 pilot finala vəsiqə qazanıb. Finalda ilk 3 yer üzrə qaliblərə kubok təqdim olunub. 

 

“V1 Challenge" Bakı kuboku yarışının qalibləri:

1-ci yer : Elçin Həsənov

2-ci yer : Murad Həsənov

3-cü yer: Adil Axundov

 

Drift şou pilotlarına isə sertifikatlar verilib.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106660

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8027

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7405