Baş səhifə >Xəbərlər

Xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisi 2022
2022-06-12 11:18:00
1094

Azərbaycan Formula 1 yarışlarına altıncı dəfə ev sahibliyi edib.

 

İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb. İkinci yeri onun komanda yoldaşı meksikalı S.Peres tutub. “Mersedes” komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb.

 

Qran-Pri başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Azərbaycan Avtomobil Federasiyasının Prezidenti cənab Anar Ələkbərov: Mən Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Prezidenti Zati-aliləri Mohammed ben Sulayem ilə görüşməkdən çox məmnun oldum. Biz avtomobil idmanının, o cümlədən təhlükəsiz, dayanıqlı və əlçatan yol hərəkətinin təşviq olunmasında, yollarda təhlükəsizliyin təmin edilməsində tələb olunan tədbirlərin görülməsində təşkilatın gələcək planlarını, islahatlarını və strategiyasını çox geniş şəkildə müzakirə etdik. Gələcək illər üçün nəzərdə tutulan FİA-nın yeni strategiyası və planları mənə böyük təəssürat bağışladı. Şadam ki, FİA-ya avtomobil idmanının inkişafı, təşkilatın nüfuzunun möhkəmləndirilməsi ilə bağlı böyük planlara və düşüncələrə malik bu cür şəxs rəhbərlik edir. Azərbaycan Avtomobil Federasiyası FİA-nın Prezidenti ilə tam həmrəy olaraq təşkilatın məqsədlərinə nail olmaqda əlindən gələn töhfəni verəcəkdir.

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
6719

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
6114

"Baku Kartinq və Tədbir mərkəzi"-də Bakı Kartinq müsabiqəsi baş tutub

10.12.2019
4871