14 May tarixində Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı və Bakı Marşal Klubunun iştiraki ilə Formula 1 marşalları üçün genişmiqyaslı təlim-məşq toplantısı keçirildi.
Formula 1 yarışlarına hazırlıq proqramı çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı mütəmadi olaraq keçirilən bu təlimlərin əsas məqsəd yerli marşalların hazırlıq səviyyəsini ən yüksək səviyyədə saxlamaq, onların
peşəkarlığını artırmaqdır.
Təlimlər zamanı müxtəlif qəza ssenariləri əsasında, tibbi müdaxilə, yanğınsöndürmə, trekdəki qəza nəticələrinin aradan qaldırılması və digər lazımi əməliyyatlar real zaman şəraitində həyata keçirilmişdir.
Təlimdən sonra Formula 1 yarışları zamanı marşallar tərəfindən istifadə olunan texnixaya baxış keçirilmiş, istifadə olunan geyimlər, rabitə və siqnal vasitələri və digər avadanlıqlar sərgilənmişdir
Qeyd etmək istərdik ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarışın idarə edilməsinə 1400 nəfər yerli marşal cəlb olunub.