Baş səhifə >Xəbərlər

Xəbərlər

Elektrikli və hibrid avtomobillərinin yürüşü
2022-05-10 13:58:00
1723

Mayın 10-da Azərbaycan Avtomobil Federasiyasının və Regional İnkişaf İctimai Birliyinin dəstəyi və Azərbycan Avtomobil Dilerləri Assosiasiyasının dəstəyi ilə elektrikli və hibrid avtomobillərinin yürüşü keçirildi.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yürüşün məqsədi ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasını təbliğ etmək, bu sahəyə töhfə verməkdir.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın müddəalarına əsasən, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi xüsusilə qeyd olunmuşdur.

 

“Motor House” texniki servis mərkəzinin qarşısından start alan avtoyürüş, Bakı-Kürdəmir-Göycay-Mingəçevir marşrutu ilə hərəkət edib. Göyçay və Mingəçevir şəhərilərində yürüş iştirakçılarını şəhər icra hakimiyyətinin nümayədələri və Regional İnkişaf İctimai Birliyinin könüllüləri və şəhər sakinləri qarşılayıblar.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108575

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
9473

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
9394