Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu Günü” keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu Günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycan Avtomobil Federasiyası tədbirdə iştirak edərək uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici müsabiqələr keçirib. Tədbirin iştirakçılarına Federasiya tərəfindən nəşr olunan "Uşaqlar üçün Yol Hərəkəti Qaydaları", "Gənclər üçün Yol Hərəkəti Qaydaları" və "Yol Hərəkəti Qaydaları - Özün Rənglə" kitabları təqdim olunub.
Tədbir zamanı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) #3500Həyat kampaniyası çərçivəsində reallaşdırılan "Uşaqlar üçün Sürəti Azalt" çağırışı və Luk Bessonun “Uşaqları Xilas Edək” (Save Kids Lives) qısa filmi də təqdim olunub.