Baş səhifə >Xəbərlər

Xəbərlər

Beynəlxalq Avtomobil Federasiyasının yeni prezidenti seçildi
2021-12-17 17:12:00
2647

Dekabrın 13-17-də Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının illik iclası keçirilib.

 

İclasda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun rəhbərliyi ilə ölkəmizdən nümayəndə heyəti iştirak edib.

 

İclasda Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti postuna seçkilər olub. Seçkilərin nəticələrinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Avtomobil və Turizm klubunun prezidenti, ralli üzrə keçmiş pilot Mohammed Əhməd bin Sulayem FİA-nın yeni prezidenti olub. O, 2009-cu ilin oktyabrından Beynəlxalq Avtomobil Federasiyasına rəhbərlik edən Jan Todu əvəz edib.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108575

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
9470

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
9391