Main Page >News

News

Gənclər üçün Yol Hərəkəti Qaydaları kitabı
2020-04-16 10:06:00
2867

Əziz gənclər müxtəlif təhsil müəssisələrinə, iş yerlərinə, idman zallarına, əyləncə və istirahət məkanlarına üz tutarkən piyada, sərnişin, sürücü, velosipedçi qismində yollarda olursunuz. Dövrümüz küçə və yollarda nəqliyyatın artması, hərəkət şəraitinin mürəkkəbləşməsi ilə də əlamətdardır. Bu səbəbdən yollarda nizam-intizamın, təhlükəsizliyin zamanın tələblərinə uyğun təmin edilməsi çox vacibdir. Sizin üçün hazırlanmış bu kitabın əsas məqsədi yollarımızda təhlükəsiz davranışın həyat tərzinə çevrilməsinə töhfə verməkdir. Cəmiyyətin ən fəal qismi olan gənclər yenilikçiliyin əsas mənbəyidirlər. Odur ki, yol hərəkəti sahəsində yeni yanaşmaların, müasir, daha təhlükəsiz davranış tərzinin məhz gənclər tərəfindən bərqərar ediləcəyi şübhəsizdir. Bu kitab həmin vacib sosial missiyanın yerinə yetirilməsində gəncliyə dəstək üçün çap edilmişdir. Yol hərəkəti qaydaları o qədər də mürəkkəb deyildir. Sizə təqdim olunan kitab həmin qaydaları daha rahat və aydın şəkildə mənimsəməyə yardımçı olacaqdır. Unutmaq olmaz ki, müasir fəal insan təkcə öyrənməklə kifayətlənməməli, həm də bacardığı dərəcədə başqalarını öyrətməlidir. Yol hərəkətində başqalarını öyrətməyin ən gözəl variantlarından biri isə yollarda intizamlı hərəkət etməklə yaxşı nümunə göstərməkdir. Deməli, yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirərək təkcə özünüzün yox, həm də başqalarının təhlükəsizliyini təmin edəcəksiniz.

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108777

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
11354

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
11209