7 may 2022-ci il tarixində Azərbaycan Avtomobil Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Uşaqlar üçün yollarda təhlükəsiz hərəkət" devizi altında interaktiv təlimlər keçirildi.
Heydər Əliyev Mərkəzində keçirilən təlim "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəslzliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan müvaflq maarifləndirmə tədbirlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir.
Layihənin məqsədi, müxtəlif yaş qruplarında olan yol hərəkəti iştirakçılarını maarifləndirməsi, onların həyat və sağlamlıqlarının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği və məktəblilərin yol hərəkəti qaydaları ilə tanışlığının təmin edilməsidir.
Təlimlər Azərbaycan Texniki Universitetin yol hərəkətinin təşkili üzrə eksperti Əlləz Əliyev və yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov tərəfindən keçirilir. Təlim zamanı məktəblilərə videoçarxlar və əyani vəsaitlər nümayiş olunmuşdur. Təlimlərdə fərqlənən iştirakçılara Azərbaycan Avtomobil Federasiyasının “Uşaqlar üçün yol hərəkəti qaydaları” adlı nəşrləri hədiyyə olunmuşdur.