Avtomobil Federasiyasının təşkilatçılığı ilə yolsuzluq avtomobillərinin yürüşü keçirildi.
Bu gün Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin və İsmayıllı şəhər icra hakimiyyətinin dəstəyi ilə yolsuzluq avtomobillərinin yürüşü keçirildi.
Müzəffər Ordumuzun zəfərinə və Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş, Heydər Əliyev Mərkəzinin qarşısından start alaraq İsmayıllı şəhərinə qədər davam edib.
İsmayıllı şəhərində Heydər Əliyev parkının qarşısında yürüş iştirakçılarını şəhər icra hakimiyyətinin nümayədələri və Regional İnkişaf İctimai Birliyinin könüllüləri və şəhər sakinləri qarşılayıblar.
Yürüş marşrutu boyu insanlar ordumuzun şanlı qələbəsini qeyd edən yürüş iştirakçılarını böyük həvəslə qarşılayıblar.