Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə klassik avtomobillərin yürüş və sərgisi keçirildi.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Vintage Garage” və “Klassik Avtomobillər Klubu”u Zəfər Günü münasibətilə klassik avtomobillərinin yürüşünü təşkil edib. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Maraqlı tarixi olan bu avtomobillər, zaman keçdikcə daha çox dəyərə sahib olurlar.
Heydər Əliyev Mərkəzinin qarşısından start alan yürüş Buzovna qəsəbəsinə kimi davam edib. Yürüş zamanı şəhər sakinləri ordumuzun şanlı qələbəsini klassik avtomobillərlə qeyd edən yürüş iştirakçılarını böyük rəğbətlə qarşılayıblar.