2022 Beynəlxalq İpəkyolu Rallisinə hazırlıq mərhələsi çərçivəsində təşkilatçılar Azərbaycan Avtomobil Federasiyasının qonağı olmuşlar. Qeyd olunan ralli gələn il Almaniyada start alacaq. Azərbaycan ərazisindən də keçəcək olan ralli cəmi 15 ölkəni əhatə edərək, tarixi İpəkyolu marştrutlarından birini təkrarlamış olacaq. Hal-hazırda rallinin baş tutacağı marşrut dəqiqləşdirilir və digər təşkilati işlər üzrə hazırlıqlar görülür.