Baş səhifə >Xəbərlər

Xəbərlər

Subaru Sprint 2021
2021-10-17 12:57:00
2213

17 Oktyabr 2021-ci il tarixdə Azərbaycan Avtomobil Federasiyası və Subaru Club Azərbaycan təşkilatçılığı ilə Subaru avtomobilləri arasında “Time Attack” üzrə Payız Kuboku yarışı keçirilmişdir. Yarış Hövsan qəsəbəsində yerləşən “Test and Training Azerbaijan” Sürücü Təlim Mərkəzində baş tutub.

 

Nəticələrə əsasən “Atmosfer Klass” kateqoriyasında Subaru Legacy avtomobili ilə Rəhmanov Müşviq 51.482 saniyə nəticə göstərərək qalib gəlmişdir. Quliyev Emil 53.576 saniyə ilə 2-ci yerin sahibi, Qarayev Telman isə 3-cü nəticə göstərərək fəxri kürsünün 3-cü pilləsinə qalxmışdır.

 

“Turbo Klass” kateqoriyasında isə Məmmədov Nurəli 47.682 saniyə nəticəsi ilə günün ən sürətlisi olmuşdur. Bu kateqoriyada 2-ci yerin sahibi 49.138 saniyə nəticə ilə Ələkbərov Emil, 3-cü yerin sahibi isə 49.534 saniyə ilə Hüseynov Azad olmuşdur.

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
7041

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
6434

"Baku Kartinq və Tədbir mərkəzi"-də Bakı Kartinq müsabiqəsi baş tutub

10.12.2019
5072