Baş səhifə >Xəbərlər

Xəbərlər

Bəhreyn qran-prisi: İlk sərbəst yürüş başa çatıb
2020-03-26 10:55:00
3635

Birinci sərbəst yürüş zamanı Bəhreyndə günəşli hava hökm sürürdü. Havanın istiliyi +28 C, trassın temperaturu isə +48 C dərəcə idi. Sessiyaya gəldikdə isə... Sərbəst yürüşün lap əvvəlində Lens Strol  uğursuzluq yaşadı. Kanadalı pilot idarəetməni itirərək trassdan kənara çıxdı və beton plitələrdən birinə dəydi. Buna baxmayaraq, Strol bolidini bokslara çatdırmağı bacardı. Mexaniklərin müdaxiləsi nəticəsində, Strol trassa yenidən çıxa bildi.  Yürüş  zamanı Covinatsi ilə Hülkenberqin də bir toqquşması baş verdi. Sessiyanın sonlarında isə Romen Qrojan  bolidinin ön antiqanadını zədələdi.

 

Yekunda sessiyanı Şarl Lekler ən yaxşı nəticə ilə başa vurdu. Onun komanda yoldaşı Fettel 2-ci oldu. Mövsümün ilk qran-prisinin qalibi, Valteri Bottas 3-cü nəticə göstərdi.

 

Sərbəst yürüşlərin birinci sessiyasının ümumi nəticəsi isə belədir:

 

1.   Ş.Lekler                    Ferrari                1:30:354                     

2.   S. Fettel                     Ferrari                1:30:617  

3.   V. Bottas                    Mersedes           1:31.328   

4.   L. Həmilton                Mersedes           1:31.601 

5.   M. Ferstappen           Red Bul              1:31.673

6. P. Qasli                      Red Bul              1:31.815

7. K. Sayns                    Maklaren            1:31.952

8. N. Hülkenberq            Reno                  1:32.040

9. D. Kvyat                     Toro Rosso         1:32.339

10. K. Raykkonen            Alfa Romeo         1:32.385

11. D. Rikkardo                Reno                   1:32.401

12. K. Maqnussen            Haas                   1:32.602

13. A. Elbon                     Toro Rosso          1:32.874

14. S. Peres                     Rasinq Point        1:32.885

15. L. Norris                     Maklaren              1:32.945

16. A. Covinatsi                Alfa Romeo          1.32.949

17. R. Qrojan                    Haas                    1:32.994

18. L. Stroll                       Rasinq Point        1:33.518

19. C. Rassell                   Vilyams                1:34.188

20. R. Kubitsa                   Vilyams                1:34.253

 

2-ci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlər zamanı günəşin batması ilə əlaqədar havanın və asfaltın hərarəti aşağı düşüb. Bu da ilk sessiyadakı  nəticələrin dəyişəcəyi anlamına gəlib. Komandalar sessiyanın əvvəlindən sazlanmaların yoxlanılmasına keçib.

 

İlk məşq və sessiyadan sonra asfaltın üst qatı işlənmiş rezinlə örtülsə də, bu Kimi Raykonenin sürüşməsinə əngəl olmayıb. Bundan sonra boksa qayıdan finlandiyalı pilot məşqlərin sonuna qədər trassa dönməyib.

Səhər sərbəst yürüşlərində olduğu kimi protokollara Ferrari pilotları başçılıq ediblər. Ən yaxşı nəticəni Sebastyan Fettel göstərib. O, dövrəni keçən il Kimi Raykonenin nəticəsindən 1 saniyə yaxşı başa vurub. Mersedes sürücüləri keçən il olduğu kimi Ferrari pilotlarına o,6 saniyə uduzublar..

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108774

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
11323

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
11179