Baş səhifə >Xəbərlər

Xəbərlər

Bəhreyn Qran Prisi başa çatıb
2020-03-26 10:52:00
3457

Təsnifat mərhələsində “Ferrari” komandası daha yaxşı çıxış etmişdi. Şarl Lekler poul qazanmışdı. Onun komanda yoldaşı Fettel isə 2-ci nəticə göstərmişdi. Amma final mərhələsində “Mersedes” komandasının müəyyən qədər bəxti gətirib. Yarışın böyük hissəsində liderlik edən monakolu sürücü Şarl Leklerin bolidində problemlər baş qaldırıb. Bu da əvvəlcə Lyuis Hamiltona, sonra da Valtteri Bottasa onu ötməyə imkan verib. Nəticədə britaniyalı pilot mövsümdə ilk , Bəhreyndə isə ümumilikdə 3-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı Vallteri Bottas, 2-ci yeri tutub. Xatırladaq ki,  finlandiyalı pilot bu ilin ilk yarışı olan Avstraliya Qran-prisnin qalibi olmuşdu. Təsnifat mərhələsində poul əldə edən Şarl Lekler, 3-cü yerlə kifayətlənib. “Red Bull” komandasından Maks Ferstappen 4-cü, “Ferrari”dən Sebastyan Fettel 5-ci olub. 2 mərhələdən sonra turnir cədvəlinə Valtteri Bottas başçılıq edir. Finlandiyalı pilotun aktivində 44 xal var. Onun komanda yoldaşı Lyuis Hamilton 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb. İlk 3-lüyü 27 xalla Maks Ferstappen tamamlayır. Şarl Lekler 26 xalla 4-cü, Sebastyan Fettel isə 22 xalla 5-ci yerdədir. Qeyd edək ki, mövsümün sayca 3-cü yarışı – Çin Qran Prisi aprelin 14-də keçiriləcək.

NƏTİCƏLƏR

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108774

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
11323

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
11179