Baş səhifə >Xəbərlər

Xəbərlər

Formula 1: Həmilton Çin Qran Prisinin qalibi olub.
2019-04-15 10:46:00
3367

Mövsümün sayca üçüncü yarışı, əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Çin Qran Prisi 1000-ci yarış kimi Formula 1-in tarixinə  düşüb. Dünyanın ən bahalı və baxımlı avto-moto yarışının yubileyində Mersedes  komandasının britaniyalı pilotu Lüis Həmilton qalib gəlib. Halbuki, Şanxay beynəlxalq avtodromunda keçirilən təsnifat mərhələsinin qalibi,  Mersedesin digər üzvü Valtteri Bottas olmuşdu.  Mübarizənin startında ləngiyən finlandiyalı pilot, bununla da Həmiltonu özündən irəli buraxdı. Yarışa 2-ci cərgədən başlayan Ferrarı pilotları arasında da yerdəyişmə oldu. Ferrarinin yeni üzvü Şarl Lekler, startda Sebastyan Fetteli qabaqladı. Ancaq 4 qat çempion olan Fettel, 10-cu dövrədə yenidən 3-cü yerə yüksəldi. Yekunda Həmiltonun qələbəsi ilə yekunlaşan Çin Qran Prisində, podiuma Bottasla Fettel də yüksəldilər. Bu, Mersedes komandasının ardıcıl üçüncü qələbəsi oldu. Çin Qran Prisinin ümumi nəticələri isə belədir:

 

Qeyd edək ki,  20 pilotdan 3-ü - Lando Norris, Daniel Kvyat və Niko Hülkenberq finişə çata bilməyib. Çin Qran Prisindən sonra  çempionatdaki vəziyyət belədir:

 

Qeyd edək ki, növbəti yarış aprelin 26-dan 28-dək Bakıda olacaq.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108566

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
9427

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
9349