Əvvəlki 3 yarışda olduğu kimi bu dəfə də Azərbaycan “Qran-Pri”sinə maraq böyük idi. Çünki əvvəlki illərdə məhz Bakıda gözlənilməz hadisələr baş vermiş və ən əsası da bol ötmələr müşahidə olunmuşdu. Bu dəfə təsnifat mərhələsində “Ferrari” uğursuzluqla üzləşdi, daha doğrusu Lekler trassın dar döngəsində qəzaya uğradı. Bununla belə, o əsas yarışda nisbətən vəziyyəti öz xeyrinə dəyişə bildi. Hər halda, Şarl yarış başlayandan sonra rəqiblərini arxada qoyaraq hamını qabaqlamağı bacardı. Hərçənd sarı təkərlərdə sürətli görünən Lekler təkər dəyişmək taktikasından yararlana bilmədi. Nədənsə sarı təkərdə sürətli görünən “Ferrari” pilotu qırmızı təkərdə eyni effektlə yadda qalmadı. Elə bu səbəbdən də 5-ci pillədə ilişib qaldı.
Bu dəfə yarışın startında hər hansısa bir qeyri-adi hadisə baş vermədi və ön sıradakı pilotlar yarışa necə start vermişdilərsə, elə də davam etdilər. Arxa sıralarda isə bir xeyli ötmələr baş verirdi. Bakıda 2017-ci ildə keçirilən yarışın qalibi Daniel Rikkyardo bu dəfə uğursuzluqla üzləşdi və sona qədər trassda qala bilmədi. Ümumilikdə isə 4 pilot yarışda sona qədər qalmağı bacarmadı. Yarışın son turları da bir qədər diqqət çəkdi. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də son dövrələrdə lider dəyişə bilərdi. Belə ki, Hamilton komanda yoldaşına təzyiq göstərməyə başladı və hətta DRS zonasına kimi irəliləyə bildi. O, hətta komanda yoldaşıyla fərqi 1 saniyədən də aza endirdi. Ancaq Bottas ötən ilki səhvi təkrarlamadı və liderliyi sona kimi əldən vermədi.
Digər diqqət çəkən məqam Leklerin pitə gedib təkərlərini dəyişməsi oldu. Məqsəd sürətli dövrə vurub ən azı bir xal da qazanmaq idi. Çünki bu ildən ən sürətli dövrənin müəllifinə də əlavə olaraq bir xal verilir. Bu taktika da işə yaradı və nəticədə Şarl ən sürətli dövrəyə görə bir xalın sahibi oldu. Lekler həm də yarışın ən yaxşı pilotu da seçildi. Ümumi yekuna gəlincə, Bottas yenidən Bakıda liderliyi özünə qaytardı və o, indi əsas rəqibi Lüisdən bir xal öndədi. Ümumiyyətlə, Formula-1 tarixində ilk dəfə bir komanda mövsümün ilk 4 yarışında dubl etdi. Bununla yanaşı, bu mövsüm ilk dəfə yarışa ön sıradan başlayan pilot finiş xəttini birinci keçdi.
Pilot komanda vaxt sürət pit 1. V.Bottas |
Mercedes |
1:31.52.942 |
199.852 |
1 |
2. L.Hamilton |
Mercedes |
+1.524 |
199.797 |
1 |
3. S.Fettel |
Ferrari |
+11.739 |
199.428 |
1 |
4. М.Verstappen |
Red Bull |
+17.493 |
199.220 |
1 |
5. Ş.Lekler |
Ferrari |
+69.107 |
197.378 |
2 |
6. S.Peres |
Racing Point |
+76.416 |
197.120 |
1 |
7. К.Sayns |
McLaren |
+83.826 |
196.859 |
1 |
8. L.Norris |
McLaren |
+100.268 |
196.282 |
2 |
9. L.Stroll |
Racing Point |
+103.816 |
196.158 |
1 |
10. К.Raykkonen |
Alfa Romeo |
+1 круг |
195.391 |
1 |
11. А.Albon |
Toro Rosso |
+1 круг |
195.296 |
1 |
12. А.Covinatsi |
Alfa Romeo |
+1 круг |
195.208 |
1 |
13. К.Мaqnussen |
Haas |
+1 круг |
194.233 |
2 |
14. N.Hülkenberq |
Renault |
+1 круг |
193.365 |
2 |
15. D.Rassell |
Williams |
+2 круга |
191.556 |
2 |
16. R.Kubitsa |
Williams |
+2 круга |
190.415 |
3 |
Şəxsi birincilik
Pilot komanda xal |
||||
1. V.Bottas |
Mercedes |
87 |
||
2. L.Hamilton |
Mercedes |
86 |
||
3. S.Fettel |
Ferrari |
52 |
||
4. М.Verstappen |
Red Bull |
51 |
||
5. Ş.Lekler |
Ferrari |
47 |
||
6. S.Peres |
Racing Point |
13 |
||
7. P.Qasli |
Red Bull |
13 |
||
8. К.Raykkonen |
Alfa Romeo |
13 |
||
9. L.Norris |
McLaren |
12 |
||
10. К.Мaqnussen |
Haas |
8 |
||
11. N.Hülkenberq |
Renault |
6 |
||
12. К.Sayns |
McLaren |
6 |
||
13. D.Rikkardo |
Renault |
6 |
||
14. L.Stroll |
Racing Point |
4 |
||
15. А.Albon |
Toro Rosso |
3 |
||
16. D.Kvyat |
Toro Rosso |
1 |
Mühəndislər Kuboku
Komanda mühərrik xal |
|||
1. Mercedes |
Mercedes |
173 |
|
2. Ferrari |
Ferrari |
99 |
|
3. Red Bull |
Honda |
64 |
|
4. McLaren |
Renault |
18 |
|
5. Racing Point |
Mercedes |
17 |
|
6. Alfa Romeo |
Ferrari |
13 |
|
7. Renault |
Renault |
12 |
|
8. Haas |
Ferrari |
8 |
|
9. Toro Rosso |
Honda |
4 |