30 iyun 2019-cu ildə Çeçenistan Respublikasının paytaxtı Qroznıy şəhərində yerləşən Fort Grozny Autodrom-unda Rally Sprint üzrə Çeçenistan Çempionatının 2-ci mərhələsi keçirilmişdir. Rusiyanın müxtəlif regionlarından 20-yə yaxın pilot bu yarışda iştirak etmişdir. Azərbaycan Avtomobil Federasiyasının dəstəyiylə Azərbaycanı həmin yarışda yarış pilotlarımız təmsil edirdi. Sərbəst sinif üzrə Rallycross yarışında Subaru STİ-la çıxış edən Ələkbərov Emin 3:01.332 saniyə nəticə göstərərək fəxri kürsünün 3-cü yerini tutmuşdur, Hüseynov Azad isə Subaru WRX avtomobiliylə 3:04.169 saniyə nəticə göstərərək 4-cü yeri tutub. Rally Sprint üzrə Çeçenistan Çempionatının növbəti, 3-cü mərhələsi 25-27 oktyabr tarixlərində keçiriləcək.