Baş səhifə >Xəbərlər

Xəbərlər

Bakı Sürət Festivalının qalibləri mükafatlandırılıb
2025-07-05 11:45:00
49

İyulun 5-də Dövlət Bayrağı Meydanında Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” şirkətinin həmtəşkilatçılığı ilə Bakı Sürət Festivalı keçirilib.

Festivalda sürət həvəskarları üçün rəqabətlə dolu “US Legend Cars” yarışının təsnifat və final mərhələləri baş tutub. Nəticədə Adil Axundov yarışı 1-ci, Murad Həsənov 2-ci, Fərid Quliyev isə 3-cü yerdə başa vurublar.

Festival çərçivəsində, həmçinin möhtəşəm drift-şou və avtomobil sənayesindəki yeniliklərin nümayiş olunduğu sərgi də təşkil olunub.

Günün sonunda qalib pilotlar mükafatlandırılıblar.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
110057

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
20413

Range Rover markalı yolsuzluq avtomobillərinin yürüşü

18.02.2024
20059