İyunun 28-də Dövlət Bayrağı Meydanında Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Red Bull” şirkətinin dəstəyi ilə “Red Bull Car Park Drift” yarışı keçirilib.
Pərviz Əzizov bu mərhələdə münsiflər heyətindən ən yüksək nəticəni əldə edərək yarışı 1-ci sırada, Niyaz Bədiyev 2-ci sırada, Elçin Məmmədov isə 3-cü sırada başa vurublar.
Yarış çərçivəsində həmçinin avtomobil, motosiklet və milli rəqs elementlərinin sintezindən ibarət unikal şou təqdim edilib.
Qeyd edək ki, Pərviz Əzizov 2026-cı ildə “Red Bull Car Park Drift” yarışının dünya finalında ölkəmizi təmsil edəcək.