Baş səhifə >Xəbərlər

Xəbərlər

AAF sürət avtomobillərinin sərgisini təşkil edib
2025-05-18 11:02:00
296

Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin və “Supercar”ların nümayişi keçirilib. 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.

Səhər saat 11-dən başlayaraq axşam saat 19-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa Qala qapısının qarşısınadək olan ərazini əhatə edib.

Sürət həvəskarlarının ürəyini fəth edən bu avtomobillər təkcə dinamik xüsusiyyətləri ilə tanınmır. Həmin avtomobillər, həm də texnologiya və innovasiyalarla insan potensialının zənginliyinin təsdiqidir.

Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb,

həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
109710

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
20066

Range Rover markalı yolsuzluq avtomobillərinin yürüşü

18.02.2024
19797