Baş səhifə >Xəbərlər

Xəbərlər

Bakıda FIA-nın Baş Assambleyalarının iclasları başlayıb
2023-12-05 14:47:00
2366

Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir. Bu gün səhər saatlarından FIA  prezidenti Mohammed Ben Sulayemin iştirakı ilə FIA Baş Assambleyası çərçivəsində iclaslar başlayıb. Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər.

 

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

 

Ümumilikdə, Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndələr, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.

 

FIA Baş Assambleyalarının daxili iclasları  dekabrın 8-dək davam edəcək.   Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
109276

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
16756

Range Rover markalı yolsuzluq avtomobillərinin yürüşü

18.02.2024
16451