Main Page >News

News

Həyat dolu küçələr #Love30 #SürətiAzalt
2021-05-25 10:53:00
3983

Azərbaycan Avtomobil Federasiyası, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyivə və Media Təhlil Mərkəzi BMT tərəfindən keçirilən 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində yaşayış ərazilərdə, nəqliyyatın sıx olduğu paytaxt bölgələrdə, eləcə də məktəb ətraflarında sürət həddinin endirilməsi məqsədilə yol-hərəkəti təhlükəsizliyi üzrə maarifləndirmə və təşviqat kampaniyasını dəstəkləyiblər. Küçələrdə sürət həddinin optimallaşdırılması BMT-nin Dayanqlı İnkişaf Məqsədlərində  və təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında öz əksini tapan, yol nəqliyyat hadisələri sayının azaldılması məqsədinə nail olmaq baxımından  da böyük əhəmiyyət daşıyır. Keçirilən təşviqat kampaniyasına Şamaxı, Şəki və Göygöl bölgələrdən, eləcə də Mingəçevir şəhərindən məktəblilər qoşularaq “Aşağı Sürətli Yollar Həyatları Qoruyur”, “Uşaqlar üçün Təhlükəsiz Küçələr Arzusundayıq” və “Aşağı Sürətli Yol İnfrastrukturları Ekoloji Yönümlüdür” kimi digər əsas şüarların təbliğini aparıblar.

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108331

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8885

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
8297