Main Page >News

News

AAF “Sürətin evolyusiyası” avtomobilsərgisini keçirəcək
2025-05-12 10:28:00
71

AAF “Sürətin evolyusiyası” avtomobilsərgisini keçirəcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 17-də klassik avtomobillərin, mayın 18-də isə sürət avtomobillərinin sərgisini keçirəcək.

“Sürətin evolyusiyası” adlı sərgi Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək təşkil olunacaq.

Mayın 17-də 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə “Supercars”, eləcə də müxtəlif sürət avtomobilləri nümayiş etdiriləcək.

Bu kateqoriyalarda avtomobillərini nümayiş etdirmək istəyən şəxslər qeydiyyat üçün info@faa.aze-mail ünvanı və ya (+994 50) 295 01 00 telefon nömrəsi ilə AAF-a müraciət edə bilər.

Sərgidə müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanış olmaq, nostalji dolu anlar yaşamaq, eləcə də klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını görmək mümkün olacaq.

 

AAF mayın 17-də keçiriləcək avtomobil sərgisi ilə klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olacaq. AAF-ın klassik avtomobillər üzrə tədbirlər mövsümü avqust ayında şəhərdə keçiriləcək yürüşlə başa çatacaq.

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
109589

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
19960

Range Rover markalı yolsuzluq avtomobillərinin yürüşü

18.02.2024
19631