Baş səhifə >Xəbərlər

Xəbərlər

Bakı Marşal Klubunun təlim-məşq toplantıları keçirilib
2021-05-29 11:50:00
2122

4-6 iyun tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək «Formula-1 Azərbaycan Qran-Prisi»nə hazırlıqlar davam edir.

 

Hazırda Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə Bakı Marşal Klubunun təlim-məşq toplantıları keçirilib. Məşqlərdə Formula-1 yarışı zamanı baş verə biləcək hadisələrin simulasiyası qurularaq marşallarla birlikdə təlimlər aparılır. Volkicar avtomobilləri və drift pilotlarının iştirakı ilə mini-trek qurulmaqla yarış zamanı baş verə biləcək qəza, texniki nasazlıqlar və digər ekstremal vəziyyətlər üzrə məşqlər olub.

 

Bakı Marşal Klubu 5 il ərzində peşəkar təlim keçmiş yerli marşallardan ibarətdir. Artıq bir neçə ildir ki, Bakı Marşalları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ən yaxşı marşallar siyahısında təqdir edilirlər.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106604

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
7991

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7375