Cəmil Həsənli Rocers Belçikada əfsanəvi “Karting des Fagnes” mərhələsində BNL çempionatında iştirak edən ilk Azərbaycanlı sürücüdür. Azərbaycan Avtomobil Federasiyasının lisenziyasını aldıqdan sonra Cəmil BNL çempionatının 2-ci turunda mübarizə apardı. Bu yarışda 50-dən çox qeydiyyatdan keçmiş gənc pilotlar ilə Avropanın ən istedadlı sürücülərindən bəziləri də iştirak edirdi. Cəmil Həsənli Rocers bu yarışda iştirak edən ilk Azərbaycanlı gənc pilotdur. 2019-cu ildə keçirilən SuperOne Kartinq yarışları Ingiltərənin Silverstone yarış halqasında baş tutub. Yarış, 30 noyabr-1 dekabr 2019 tarixlərində keçirilib. Cəmil HəsənliRogers burada ilk Kartmania çempionatını üçüncü yerdə uğurla başa vurub. Rəsmi kubok 2019-cu ilin noyabr ayında təqdim edilmişdir.