Main Page >News

News

Kartinq üzrə çempion təmsilçimiz Cəmil Həsənli Rocers
2019-12-05 10:11:00
7997

Cəmil Həsənli Rocers Belçikada əfsanəvi “Karting des Fagnes” mərhələsində BNL çempionatında iştirak edən ilk Azərbaycanlı sürücüdür. Azərbaycan Avtomobil Federasiyasının lisenziyasını aldıqdan sonra Cəmil BNL çempionatının 2-ci turunda mübarizə apardı. Bu yarışda 50-dən çox qeydiyyatdan keçmiş gənc pilotlar ilə Avropanın ən istedadlı sürücülərindən bəziləri də iştirak edirdi. Cəmil Həsənli Rocers bu yarışda iştirak edən ilk Azərbaycanlı gənc pilotdur.

2019-cu ildə keçirilən SuperOne Kartinq yarışları Ingiltərənin Silverstone yarış halqasında baş tutub. Yarış, 30 noyabr-1 dekabr 2019 tarixlərində keçirilib. Cəmil Həsənli Rogers burada ilk Kartmania çempionatını üçüncü yerdə uğurla başa vurub. Rəsmi kubok 2019-cu ilin noyabr ayında təqdim edilmişdir.

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106613

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7379