Main Page >News

News

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.
2019-11-12 08:49:00
7394

Azərbaycan Avtomobil Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş Bakı – Tərtər marşrutu üzrə “Offroad” yürüşü keçirilib. 
Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından başlanan “Offroad” yürüşü Tərtər rayonunda başa çatıb. İştirakçılar rayonda keçirilən “Bayraq yürüşü”nə qatılıb,  həmçinin minlərlə rayon sakininə Azərbaycan bayraqları hədiyyə ediblər. 
“Offroad” yürüşünün iştirakçıları daha sonra Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə baş çəkib, Bayraq Günü münasibəti ilə əsgərləri təbrik edərək, onlara  hədiyyələr təqdim ediblər. Tədbir iştirakçıları həmçinin cəbhə zonasında ön xəttdə yerləşən hərbi bölmələrdə xidmət göstərən əsgərlərlə də görüşüblər.

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106644

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8014