Main Page >Race type

Race type

Rallikros Yarışları - Gərginlik və Ekstrim Bir Arada

Özəlliyi

Rallikros avtomobil dünyasının ən maraqlı yarışlarından biridir. Bu yarışda iki və ya daha çox avtomobil əvvəlcədən təyin olunmuş eyni marşrutda mübarizə aparır. Əsas məqsəd sərt döngələrdə və sürüşkən yollarda əsil ustalıq göstərməklə finişə birinci gəlməkdir. Öncə iştirakçılar təsnifat mərhələsində, bu mərhələni uğurla başa vuranlar isə finalda bacarıqlarını nümayiş etdirirlər. Rallikros yarışları adətən qarışıq-torpaq və çəmənlik yollarda təşkil olunur ki, bu da mübarizəni daha maraqlı və baxımlı edir.  

Tarixi

Rallikros yarışı birinci dəfə 1968 ci ildə təşkil olunub və elə həmin ildən etibarən bu turnir azarkeşlərin böyük sevgisini qazanıb. Rallikros hazırda bir çox ölkələrdə, xüsusən də Hollandiya, Belçika, Fransa və Böyük Britanyada keçirilir və dünyanın aparıcı idman kanalları ilə canlı yayımlanır. Rallikros yarışının keçirildiyi yolun ümumi uzunluğu 1200 km və ya 3000 km arasında dəyişir.