Main Page >Interesting

Interesting

5 min 500 Mustang-ın sahibi

Belçikalı Adelbert Enqler oyuncaq avomobil həvəskarıdır. Onun ən çox sevdiyi və kolleksiya etdiyi avtomobil isə “Ford Mustang”dır. Bu günədək öz qarajında 5 min 500 oyuncaq avtomobil toplayan A. Enqler dünyada ən böyük kolleksiya sahibi kimi tanınır. Jurnalistlərə müsahibəsində belçikalı həvəskar bunları deyib: “Mən yalnız “Mustang”ı sevirəm. Səkkiz yaşımdan bu modelin vurğunuyam. İlk illər bu işlə yalnız həvəskar şəkildə məşğul olsam da, kolleksiya toplamaq tədricən mənim üçün xəstəliyə çevrildi.

 

Artıq yaxınlarım, qohumlarım belə mənim dəli olduğumu düşünür. Kolleksiyamda “Mustang”ın istənilən il buraxılışını tapa bilərsiniz”.

Oyuncaq avtomobilləri səliqə ilə bir yerə toplamaq üçün Enqler öz qarajında uzunluğu 25 metrə çatan vitrin də düzəldib. Lakin avtomobil həvəskarı yalnız oyuncaqlarla maraqlanmır. Köhnə və atılmış “Mustang”ları da toplayan belçikalı iş adamı onları qarajda bərpa edir.

         Vaxtının çox hissəsini internet-auksionda keçirən Adelbert Enqler “Mustang”ın yeni oyuncaq modelini görüncə dərhal sifariş verir. Onun ən çox sevdiyi model isə Amerika şirkəti “Edelbrock”un istehsal etdiyi oyuncaq avtomobillərdir.