Main Page >Environment

Environment

Elektromobil dünyasında yeni mərhələ

İsveçrəli alimlərin ideyası elektromobil dünyasında yeni mərhələnin başlanğıcı ola bilər. Belə ki, bir qrup alim elektromobillər üçün “bufer enerji stansiyası” yaratmaq təklifi irəli sürüb. İsveçrənin yerli media vasitələrinin də maraqla qarşıladığı bu ideyanın mahiyyəti isə ondan ibarətdir ki, elektromobil sahibi enerji doldurma məntəqəsində avtomobil olmadığı halda və ya boş vaxtında nəqliyyat vasitəsində quraşdırılacaq xüsusi bloklara ehtiyat enerji yığacaq. Alimlərin dediyinə görə, belə bir sistemin tətbiqi həm enerji stansiyalarında növbəni, həm də ən əsası elektromobili enerji ilə doldurmaq üçün tələb olunan vaxt amilini kifayət qədər azaldacaq. Məsələn, əgər bu gün qeyd olunan proses 6-8 saat tələb edirsə, “bufer enerji stansiyası” vasitəsilə nəqliyyat vasitəsini 15 dəqiqəyə enerji ilə təmin etmək mümkün olacaq ki, bu da elektromobilə ən azı 150 km. məsafə qət etmək üçün kifayət edəcək. Mütəxəssislərin fikrincə, isveçrəli alimlərin ideyası reallaşarsa, bu, elektromobil dünyasında yeni mərhələnin əsasını qoyacaq və bu tip avtomobillərin dünya üzrə satışına ciddi təsir göstərəcək.