Baş səhifə >Təhlükəsizlik

Təhlükəsizlik

Sürücülərin yol verdiyi 10 ən ciddi səhv

Dünyanın tanınmış “Forbes” jurnalı apardığı araşdırmaların yekunu olaraq sürücülərin yol verdiyi 10 ən ciddi səhvin siyahısını açıqlayıb. Jurnal həmin səhvləri bu cür sıralayıb:

 

1. Sərxoş vəziyyətdə sükan arxasına əyləşmək;

Jurnalın apardığı araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-da qeydə alınan yol nəqliyyat hadisələrinin 40%-i əsasən bu səhv üzündən baş verir.

2. Mobil telefondan istifadə;

“Forbes”in fikrincə, xüsusən sms yazmaq sürücülərin yol verdiyi ciddi səhvlərdən sayılır. Belə ki, sms sürücünün beynini telefonla danışmaqdan daha çox məşğul edir.

Bu zaman yalnız beyin deyil, nəzərlər də yoldan yayınır.

3. Aqressivlik;

Amerikalı alimlərin hesablamalarına görə, il ərzində 1500 insanın müxtəlif dərəcəli bədən xəsarəti almasına və ya ölməsinə səbəb onların sükan arxasına aqressiv əyləşməsidir.

Aqressiv sürücü əsəblərini və diqqətini cilovlaya bilmir, yolda yaşanan vəziyyətdən ani çıxmağa çalışır və bu üzdən yalnız özünün deyil, digər sürücülərin də həyatını təhlükə altına atır.
 

4. Uşaq oturacaqlarından istifadə etməmək və ya uşaqların qabaq oturacaqlarda əyləşməsinə icazə vermək;

Ekspertlərin fikrincə, sürücülərin bir çox halda əhəmiyyət vermədiyi uşaq oturacaqları avtomobil qəzalarında ölüm riskini 70% azaldır.

5. Sürət;

6. Təhlükəsizlik kəmərindən istifadə etməmək;

7. Yorğun və ya yuxulu vəziyyətdə avtomobili idarə etmək;

8. Hava şəraitini nəzərə almamaq və ya avtomobili təbii şəraitə uyğun hazırlamamaq;

9.  Avtomobili zəruri tibbi və texniki avadanlıqlarla (ilk tibbi yardım çantası, odsöndürən və s.) təmin etməmək;

10. Yol hərəkəti qaydalarına əməl etməmək;