Baş səhifə >Maraqlı

Maraqlı

Dünyanın ən sürətli velosipedi

Velosiped ekologiyaya ziyan vurmayan əsas və ən sərfəli nəqliyyat vasitəsi sayılır. Lakin fransalı mühəndis Fransua Jissi velosipedi dünyaya həm də ən sürətli nəqliyyat vasitələrindən biri kimi tanıtdı. Onun hazırladığı velosiped saatda 333 km. sürətlə hərəkət edərək Ginnesin rekordlar kitabına düşdü. Həmin sürəti yığmaq üçün cəmi 4.8 saniyə kifayət etdi. Amma bu nəticəyə sadəcə pedalları fırlatmaqla nail olmaq təbii ki, mümkün deyildi. Odur ki, ixtiraçı velosipedə xüsusi olaraq hazırladığı və 560 at gücü olan raket mühərrik quraşdırmışdı.

 

Məlumat üçün deyək ki, bu, Fransua Jissinin ilk uğuru deyil. Bunadək o, velosipedlə saatda maksimum 285 km. sürət yığa bilmişdi. Lakin ixtiraçı yeni uğuru ilə də kifayətlənmədiyini bildirib. Qarşıda duran əsas məqsəd velosipedlə saatda 400 km. sürətlə irəliləməkdir.