Baş səhifə >Layihələr

Layihələr

"KLASSİK AVTOMOBİL SƏRGİSİ" TEZLİKLƏ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ
2020-01-15 11:41:14

Mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar klassik avtomobillərin yürüşü keçirilib. Heydər Əliyev Mərkəzinin binası önündən start götürən avtomobil yürüşündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov iştirak edib. Azadlıq meydanınadək davam edən yürüşdə ötən illərin müxtəlif markalı maşınları iştirak edib.

Azərbaycan Avtomobil Federasiyası həmin yürüşdə iştirak edən və digər avtomobillərin də nümayiş olunacağı "Klassik Avtomobil Sərgisi"nin hazırlıqlarına başlayıb. Azərbaycan Avtomobil Federasiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə müxtəlif  illərin və ölkələrin istehsalı olan avtomobillər sərgilənəcək.

Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə də fərqlənəcək sərgi avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaratmaqla yanaşı, avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır. 

Qeyd edək ki, təşkil olunacaq sərgidə vətəndaşlar şəxsi klassik avtomobillərini də nümayiş etdirə bilər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyənlər 5 avqust 2014-cü il tarixinə qədər avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının info@faa.az elektron ünvanına göndərə bilərlər.