Baş səhifə >Xəbərlər

Xəbərlər

Azərbaycan Avtomobil Federasiyası üçün ağır itki!
2021-06-25 09:46:00
727

Azərbaycan Avtomobil Federasiyasına ağır itki üz vermişdir.

 

Federasiyanın əməkdaşı Məmmədov Səxavət Abil oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalmışdır.

 

Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən  digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş vermişdir. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib etmiş, avtomobilin qarşısını qanunsuz olaraq kəsmiş, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur etmiş, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirmişlər. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilmişdir. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçmışlar. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işğüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi.

 

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
4510

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
4018

"Baku Kartinq və Tədbir mərkəzi"-də Bakı Kartinq müsabiqəsi baş tutub

10.12.2019
3222