Baş səhifə >Xəbərlər

Xəbərlər

Tarixə Dörd Çarxla
2021-04-16 12:44:00
4416

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ümumdünya nəqliyyat vasitələrinə aid “Tarixə Dörd Çarxla” adlı kitab nəşr olunub. Kitab ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya və keçmiş SSRİ-də istehsal olunmuş yüzdən çox nəqliyyat vasitələrinin XIX əsrin sonlarından başlayaraq dövrümüzə qədər olan tarixi əhatə edir. Kitabı hazırlamaqda əsas məqsəd düzgün tarixi xronologiya vasitəsilə oxuyuculara əsrlər boyu müxtəlif dizaynlarda istehsal olunmuş nəqliyyat vasitələri haqqında geniş məlumat verməkdir. Həmçinin oxucuların diqqətini cəlb etmək üçün kitabımızda avtomobillərə aid seçilmiş rənqarəng afişalar, maraqlı faktlar, onların istehsalı üzrə dahi şəxsiyyətlərin bioqrafiyası, tanınmış avtomobil təkər istehsalçıları və prestijli trofeylər barədə tarixi məlumatlar qeyd olunub. Bununla yanaşı, kitabla tanış olacaq oxucular dünya şöhrətli avtomobil istehsalçılarının zəngin irsini əks etdirən çoxlu nadir eksponatlara məxsus tarixi şəkil nümunələri ilə də tanış ola bilərlər.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108555

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
9275

Bakıdakı FIA həftəsi Rally & Circuit Mükafatlandırma mərasimi ilə başa çatıb

09.12.2023
9200