Baş səhifə >Xəbərlər

Xəbərlər

Rally Sprint üzrə Çeçenistan Çempionatının 2-ci mərhələsi keçirilmişdir
2019-06-30 08:54:00
2781

30 iyun 2019-cu ildə Çeçenistan Respublikasının paytaxtı Qroznıy şəhərində yerləşən Fort Grozny Autodrom-unda Rally Sprint üzrə Çeçenistan Çempionatının 2-ci mərhələsi keçirilmişdir. Rusiyanın müxtəlif regionlarından 20-yə yaxın pilot bu yarışda iştirak etmişdir. Azərbaycan Avtomobil Federasiyasının dəstəyiylə Azərbaycanı həmin yarışda yarış pilotlarımız təmsil edirdi. Sərbəst sinif üzrə Rallycross yarışında Subaru STİ-la çıxış edən Ələkbərov Emin 3:01.332 saniyə nəticə göstərərək fəxri kürsünün 3-cü yerini tutmuşdur, Hüseynov Azad isə Subaru WRX avtomobiliylə 3:04.169 saniyə nəticə göstərərək 4-cü yeri tutub. Rally Sprint üzrə Çeçenistan Çempionatının növbəti, 3-cü mərhələsi 25-27 oktyabr tarixlərində keçiriləcək.

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
4630

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
4134

"Baku Kartinq və Tədbir mərkəzi"-də Bakı Kartinq müsabiqəsi baş tutub

10.12.2019
3340