Baş səhifə >Yarış növləri

Yarış növləri

Ralli yarışları

Rallini ilk avtomobil idman növlərinə aid edirlər. 1984 Paris-Rouen atsız daşınma vasitələri yarışını tarixin ilk rallisi hesab edirlər, lakin ralli sözünün bir termin kimi formalaşması 1911-ci ilin yanvar ayında keçirilmiş ilk Monte Karlo Rallisinə təsadüf edir.

 

Ralli, əvvəlcədən təyin olunan orta sürətlə, qismən və ya tamamilə ictimai nəqliyyata açıq yolda keçirilən yarış növüdür. Ralli yarışınlarında iştirakçılar avtomobilləriylə tək bir marşurut üzrə və ya əvvəlcədən müəyyən edilmiş bir neçə marşurut üzrə hərəkət edib qərar verilən toplanma nöqtəsində toplanırlar.

 

Ralli yarışları marşrut və ya marşrutlardan və əlavə olaraq bir və ya bir neçə xüsusi etapdan ibarət olurlar. Xüsusi etap dedikdə, normal ictimai nəqliyyata bağlı və tamamilə rallinin ümumi dərəcələrini yaratmaq üçün əhəmiyyətli təyin edici funksiyası olan bağlı yollar üzərində təşkil edilən mərhələlər nəzərdə tutulur. Xüsusi etaplar xaricindəki yol və marşrutlara “Normal mərhələ” deyilir və bu mərhələdə sürət heç bir vəcdlə qalibin müəyyən edilməsinə təsir etmir.

Rallilərdə, təşkil olunan yarışın reqlamentinə uyğun olaraq, müxtəlif növ avtomobillər iştirak edə bilərlər:

 

  • Homologasiya sənədlərində, bəzi təkmilləşdirmələrin məhdudlaşdırılmasına dair əks bir hal olmayan - Turinq Avtomobilləri (Grup A);
  • Kütləvi istehlak Avtomobilləri (Qrup N,R və RGT);
  • Homologasiyanı tamamlamış, H qrupunun texniki təlimatlarına uyğun olan avtomobillər;
  • Milli Tarixi Ralli təlimatına uyğun olan avtomobillər.

 

Ralli yarışları təkcə asfalt zəmin üzərində keçirilmir. Ralli növlərinə asfalt, torpaq, qum, çınqıl, hətta qar və buz zəminlər üzərində keçirilən yarışlar da aiddir. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşkil etdiyi World Rally Championship (WRC) ralli idman növündə olan məşhur yarışlardandır.