Baş səhifə >Yarış növləri

Yarış növləri

Avtokros Nədir?

Avtokros təhlükəsiz mübarizə və sağlam rəqabəti dəstəkləyən avtomobil idmanı yarışlarından sayılır. Bu cür turnirlər iki yolda - düz və ya asfalt, həmçinin enişli - yoxuşlu torpaq yollarda təşkil olunur.

 

Yarışın reqlamentinə əsasən, hər avtomobil tək-tək və müəyyən vaxt intervalı ilə start götürür. Əsas məqsəd ümumi məsafə üzrə təyin olunmuş marşrutu daha yüksək nəticə ilə qət etməkdir. Yekunda iştirakçıların ümumi siyahısı tərtib olunur. Finişə daha az vaxtda çatmış sürücü mübarizənin qalibi elan edilir. Avtokrosu digər turnirlərdən fərqləndirən və onu təhlükəsiz edən əsas amil isə burda iştirakçıların cəm halda və ya iki-iki deyil, fərdi qaydada, başqa sözlə tək-tək mübarizə aparmasıdır.

 

Qələbə qazanmaq üçün sürücünün bacarığından əlavə, mühərrikin gücü və avtomobilin texniki hazırlığı da mühüm rol oynayır. Müasir dövrdə avtokros yarışları ən çox Amerika və Avstraliyada təşkil edilir.