Baş səhifə >Xəbərlər

Xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisi 2023
2023-04-30 10:51:00
1437

Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

“Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə yer alıblar.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106715

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8064

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7446