Baş səhifə >Xəbərlər

Xəbərlər

Klassik Avtomobil Yürüşü 2022
2022-05-29 11:47:00
2391

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

 

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən “Ford Model A”, ən yeniləri isə 1982-ci ilə aid olanlardır.

 

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı küçələrində nostalji hisslər yaradıb. Yürüşün sonunda klassik avtomobillərin sərgisi olub. Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.

 

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. “Ən qədim avtomobil” nominasiyasında mükafat 1939-cu ilin “Steyr 220” avtomobilinin sahibi Azər Abbasova təqdim olunub. “Məşhurların seçimi” nominasiyasında qalib 1942-ci ildə istehsal edilən “Horch” minik klassik avtomobilinin sahibi Eduard Qurbanov olub.

 

“Ən rəngarəng retro geyim” nominasiyasında 1-ci yerin sahibi Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin sahibi isə Aslan Səlimov olublar.

 

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.

Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.

 

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106647

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8018

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7399