Baş səhifə >Xəbərlər

Xəbərlər

Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası dekabrın 7-də caz-fusion gecəsi təşkil edib
2023-12-07 16:12:00
1123

Bakıdakı FIA həftəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası dekabrın 7-də qonaqlar üçün caz-fusion gecəsi (Jazz Fusion Night) təşkil edib.

Gecənin aparıcısı Fuad Axundov avtomobillər, memarlıq və caz sənətində mədəniyyətlərin sintezindən bəhs edib. Paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran Pri yarışı barədə təqdimat olub.

Daha sonra FIA qonaqlarını “H3 Collective” caz qrupu salamlayıb. Musiqiçilərin ifasında caz-fank aranjımanında məşhur Azərbaycan əsərləri səslənib. Gecədə tanınmış caz ifaçıları - əməkdar artistlər Rain Sultanov, Emil Əfrasiyab çıxış ediblər. Gecəni DJ Kenan Drums hipnotik şou ilə davam etdirib.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106671

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8033

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7409