VİDEO MÜSABİQƏ

Azərbaycan Avtomobil Federasiyası Yol Hərəkəti Təhlükəsizliyinin təbliği və təşviqi məqsədilə tələbələr və gənclər arasında “Yol Hərəkəti Təhlükəsizliyi Mövzusunda VİDEOÇARX müsabiqə” elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı mövzuları əhatə edən videoçarxları 29.02.2020-ci il tarixinədək office@faa.az email ünvanına göndərməlidirlər.

Eyni zamanda VİDEOÇARX-lar, müsabiqədə iştirak edənlərin şəxsi facebook və Instagram səhifələrində @faa.official #yolhereketikonulluleri #yolhereketitehlukesizliyi #800heyat hashtagları ilə paylaşılmalıdır.


Mövzular:

  • Təhlükəsizlik kəmərindən istifadə
  • Yüksək sürət və təhlükəli idarəetmə
  • Piyadaların hərəkəti
  • Uşaq oturacağından istifadə
  • İçkili vəziyyətdə avtomobil idarə etmə
  • Sürücülük mədəniyyəti
  • Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı digər mövzular (ümumi)


Müsabiqənin qalibləri 9 mart 2020-ci il tarixində aşağıdakı məbləğlərdə mükafatlandırılacaqlar:

1-ci yer – 3000 AZN
2-ci yer – 2000 AZN
3-cü yer – 1000 AZN

Ayrıca olaraq, sosial şəbəkələrdə ən çox bəyənilən VİDEOÇARX 500 AZN mükafat qazanacaq.

Müsabiqənin şərtləri:

Müsabiqənin şərtləri ilə ətraflı olaraq faa.az/videocontest       səhifəsində və Azərbaycan Avtomobil Federasiyasının sosial şəbəkələrdəki səhifələrində tanış ola bilərsiniz.

Şərtlər

  • Videoçarx 2 dəqiqədən ( 120 san. ) və 200mb-dan artıq olmamalıdır.
    • Videoçarxlar cari sosial şəbəkə üzərində “Hər kəsə açıq” (Public) formada paylaşılmalıdır.
    • Videoçarxlar @faa_official və “#yolhereketikonulluleri #yolhereketitehlukesizliyi #800heyat hashtagları ilə birlikdə paylaşılmalıdır.
    • Videoçarxlarda danışıq varsa Azərbaycan dilində olmalıdır.
    • Videoçarxlarda səs və görüntü aydın olmalıdır.
    • Videoçarxlar peşəkar yaxud həvəskar (telefon kamerası) videokamera ilə çəkilə BİLƏR.
    • Videoçarxların hazırlanmasında KREATİV ideyalara yer verilməlidir.
    • Eyni profildən ən çox 5 Videoçarx paylaşıla bilər. Sonda iştirakçıların müsabiqədə yalnız ən çox bal toplamış videosu ilə iştirak etməsinə icazə verilir.
    • Videoçarxların hazırlanması zamanı xüsusi audio-video effektlərdən istifadə etmək SƏRBƏSTDİR.
    • İştirakçıların toplam balı 100 ballıq cədvələ əsasən hesablanacaq. 30 bal Videoçarxların sosial şəbəkədə izlənmə və bəyənilmə sayına, digər 70 bal isə münsiflər heyətinin rəyinə əsasən veriləcək.
    • Videoçarxların bəyənilmə yaxud izlənilmə sayının süni şəkildə artırılması məqsədi ilə texniki qurğu və tətbiqlərin istifadəsinə yol verilə bilməz.
    • Saxta profillər üzərindən paylaşılan Videoçarxlar müsabiqədə iştirak edə bilməz.
    • Videoçarxların hazırlanması zamanı qeyri-etik ifadələrə və görüntülərə yer verilə bilməz.
    • Videoçarxların hazırlanması zamanı heç bir siyasi və ideoloji qruplaşmaların (partiya, hərəkat, təşkilat və s.) təbliğatına yaxud tənqidinə, etnik, cinsi, irqi, dini və digər formada ayrı-seçkiliyə yol verilə bilməz.
    • Videoçarxların təqdim edilməsi üçün son tarix 29 Fevral 2020-ci il saat 23:59-dur.
    • Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kəs iştirak edə bilər.