FİA HAQQINDA

 
FIA (Fédération Internationale de l'Automobile) - Dünya üzrə avtomobil idmanının idarəedici mərkəzi Beynəlxalq Avtomobil Federasiyasıdır.

1904-cü ildə yaradılan və mərkəzi ofisi Parisdə yerləşən Beynəlxalq Avtomobil Federasiyası (FIA) qeyri-kommersiya assosiasiyasıdır. FIA 5 qitədən, 135 ölkədən 230 milli avtomobil və avtomobil idmanı təşkilatının birləşdiyi mərkəzdir. Federasiyanın üzv klubları milyonlarla avtomobil həvəskarını və onların ailələrini təmsil edir.

FIA-nın əsas fəaliyyət istiqaməti, dünyada avtomobil idmanının inkişafına dəstək verməkdir. Federasiya, üzv milli klubların vasitəsilə, milyonlarla həvəskar və peşəkar avtoidman azarkeşinə avtomobil idmanının fərqli növlərində iştirak etmək və avtomobil idmanından zövq almaq imkanı verir.

FIA həmçinin avtomobilizmlə əlaqəli təşkilatların və avtomobil istifadəçilərinin hüquqi və qanuni mənafelərini qorumağa kömək üçün dünya üzrə müxtəlif kampaniyalar təşkil edir və bu yöndə digər fəaliyyətlərlə məşğul olur. Yol hərəkəti təhlükəsizliyi, nəqliyyat, ətraf mühit və istehlakçı hüququ kimi mövzularla əlaqədar, FIA, öz üzvlərinin maraqlarını Birləşmiş Millətlər Təşkilatı (BMT), Avtopa Birliyi (AB) və digər beynəlxalq təşkilatlarda təmsil edir.

Həmçinin, FIA dünya üzrə avtomobil idmanının mərkəzi idarəedici orqanıdır. Federasiya, FIA Formula 1 üzrə Dünya Çempionatı, FIA Dünya Ralli Çempionatı, FIA Dünya Turinq Çempionatı, FIA Dünya Dayanıqlılıq Çempionatı kimi dünya üzrə bütün dörd təkərli avtomobil yarışlarının idarəetməsi ilə məşğul olur, onların qaydalarını və tənzimləmələrini təyin edir.

FIA SPORTS

Dünyada avtoidmanın idarəetmə orqanı olan FIA təhlükəsiz, davamlı və ədalətli yarışların öndə gedən qüvvəsidir. 

FIA-nın avtomobil idmanı tarixindəki yeri dünyanın avtomobil tarixi qədər qədimdir. XX əsrin əvvəllərində şəhərlərarası avtomobil yarışları məşhurlaşmağa başlamışdı. Lakin o zaman nə təhlükəsizlik texnikası, nədə ki, ədalətli  rəqabət qaydaları mövcud deyildi. Elə həmin vaxt Fransa Avtomobil Klubu (ACF), dünyanın müxtəlif ölkələrindən olan 12 klubla birləşərək Beynəlxalq Avtomobil Federasiyasının (FIA) sələfi olan Tanınmış Avtomobil Klubları Beynəlxalq Assosiasiyasını (AIACR) yaradır.

1950-ci ildə, əsası yenicə qoyulmuş FIA, Formula 1 üzrə Dünya Çempionatını yeni formatda təqdim etmiş və bununla FIA-nın dünya avtomobil idmanına inteqrasiyası başlamışdır.

Bu hadisə ilə FIA, Formula 1, Dünya Ralli Çempionatı, Dünya Dözümlülük Çempionatı və Dünya Turinq Çempionatı daxil olmaqla, bu kimi çempionatların  idarəçisinə çevrildi. Həmçinin FIA, Formula E (elektrikli mühərrikə malik avtomobillərin yarışı) ilə avtomobil idmanının inkişafının öndə gedən qüvvəsi olduğunu bir daha sübut edir.

Avtomobil idmanının idarəedici qüvvəsi olmaqla yanaşı, FIA təkcə bütün növlərdə avtomobil yarışlarının təkcə tənzimləyicisi kimi qalmır, həmçinin bütün avtomobil idmanı növləri üzrə təhlükəsizlik standartlarının inkişafında təkanverici struktur olaraq fəaliyyət göstərir. Bütün avtoidman növləri üzrə qaydaların və tənzimləmələrin tətbiqi, avtoidmanın təbliği də FIA-nın mühim funksiyalarındandır.

Bir əsrlik avtomobil idmanının mərkəzi olmağına baxmayaraq, FIA-nın yarışlara olan bağlılığı heç bir vəcdlə azalmamış və o, yarışçılar arasında təhlükəsizliyi təmin etməyə və ədalətli yarış prinsipini qorumağa davam etməkdədir.

FIA “ACTION FOR ROAD SAFETY”

 
FIA-nın “Action for Road Safety” üzrə fəlaiyyəti qlobal kampaniya olub, üzv təşkilatlara təhlükəsiz yollar, təhlükəsiz avtomobillər və təhlükəsiz davranış kimi mövzularda təlimlər və təbliğat xarakterli tədbirlər təşkil etmək üçün federasiyanın vəsaitlərindən istifadə etmək imkanı verir.

FIA-nın yol təhlükəsizliyini təbliği sahəsində uzun və uğurlu bir keçmişi vardır. Uzun illər federasiya, beynəlxalq səviyyədə qanunların və infrastrukturanın inkişafı, avtomobillərin təhlükəsizliyinin artırılması istiqamətində lobbiçilik fəaliyyəti ilə məşğul olmuşdur.

İl ərzində 1.3 milyon insanın yol qəzalarında həlak olmasını, 50 milyon insanın ciddi zədələr almasını nəzərə alaraq demək olar ki, yol təhlükəsizliyi sürətlə qlobal bir problemə çevrilir. Proqnoza görə, 2020-ci il üçün yol qəzaları nəticəsində 2 milyon insan həyatını itirə bilər, bu isə istənilən digər pandemiyadan ölən  insanların sayından daha çoxdur.


11 may 2011 tarixdə, Birləşmiş Millətlər Təşkilatının (BMT) “Decade of Action for Road Safety” kampaniyasına dəstək olaraq, FIA “Action for Road Safety” layihəsini başlatmışdır. FIA-nın əsas məqsədi, dünya üzrə avtomobilçiliklə əlaqəli instansiyaların diqqətini sözügedən problemə cəlb etmək və təhlükəsizlik ismarıcını bütün dünyaya çatdırmaqdır.

Kampaniyanın əsasını “Təhlükəsizlik üçün 10 qızıl qayda”  təşkil edir.

Sadə məsləhətlər toplusu avtomobilsevərlərin sükan arxasında  davranışlarını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bu qaydalar sürücülərə avtomobilçiliyin qızıl standartlarına çatmağa yardım edərək, onlara özləri, sərnişinləri və digər yol hərəkəti iştirakçıları ilə bağlı məsuliyyətlərini xatırlatmaq məqsədi daşıyır.

FIA “Action for Road Safety” kampaniyası Emerson Fittipaldi, Mihael Şumaxer, Sebastian Fettel, Sebastian Löb, İvan Müller və Monişa Kaltenborn kimi məşhurların da dəstəyi ilə dünya avtomobil idmanı ictimaiyyətində böyük əks-sədaya səbəb olmuşdur.

Kampaniya həmçinin müxtəlif ölkə başçılarından, liderlərdən və Braziliyanın prezidenti Dilma Russeff, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan, Keyptaunun arxiyepiskopu Desmond Tutu, Inter-Amerika İnkişaf Bankının prezidenti Luis Alberto Moreno, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun kimi şəxlərdən dəstək almışdır.