AAF VƏ MOBİLLİK

Name

Müasir cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş, istər sosial, istərsə də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən mobillik Azərbaycan Avtomobil Federasiyasının(AAF) fəaliyyətinin əsasını təşkil edir.

Ð�мÑ�Mobillik avtomobil sferasına aid bütün mövzuları özündə cəmləşdirir. Bura təhlükəsizlik, ətraf mühit, turizm və s. kimi önəmli sahələri aid etmək olar. Həmin istiqamətlər isə özlüyündə geniş anlayışları və fəaliyyət sektorlarını birləşdirir. Mobillik siyasətinin başlıca məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. Nəzərə alsaq ki, il ərzində dünyada bir milyondan çox insan həyatını itirir, 50 milyondan artıq insan müxtəlif dərəcəli bədən xəsarəti alır, o zaman mobilliyin nə dərəcədə önəmli missiya uğrunda mübarizə apardığını əminliklə söyləmək olar. 

Bundan əlavə, müasir dünyanın əsas problemlərindən sayılan ətraf mühitin qorunması məsələsi mobillik siyasətinin də önəmli qollarından sayılır. Bu istiqamətdə rəhbər tutulan vacib missiya ekologiyanın çirklənməsində böyük rol oynayan nəqliyyat sektoruna nəzarəti gücləndirmək və problemin həlli istiqamətində konkret addımlar atmaqdır. Bura, zərərli tullantıların havaya buraxılmasını minimum həddə çatdırmaq, daha az yanacaq sərf edən və ekologiyaya ziyan vurmayan müasir nəqliyyat vasitələrinin istehsalını artırmaq, ən nəhayət, ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir.

Ð�мÑ�Avtomobil yalnız gündəlik tələbatları ödəmək üçün deyil. Nəqliyyat vasitəsi turizm üçün də kifayət qədər uğurlu bir vasitədir. Avtomobil turizmi isə müasir dövrdə geniş yayılmış və böyük maraq kəsb edən sahədir. Odur ki, əksər sürücülər bu sektorda ya bilavasitə, ya da birbaşa iştirak edirlər. Ölkəmizdə də avtomobil turizminin inkişafı üçün əlverişli şərait var. Bu sahənin inkişafı və təbliği isə AAF-ın, həmçinin federasiyanın uğurla həyata keçirdiyi mobillik siyasətinin strateji məqsədlərindən sayılır.

Ümumilikdə, mobillik sürücülərin, sərnişinlərin, piyadaların, bir sözlə, bütün yol hərəkəti iştirakçılarının həyatında mühüm yer tutur. Mobillik siyasətinin ən böyük amalı qeyd olunan sahələrin müxtəlif istiqamətlərdə inkişafı və onların beynəlxalq səviyyədə uğurla təbliğidir.