Main Page >News

News

#3500Həyat (#3500Lives) Kampaniyası
2020-08-18 11:38:00
4572

Azərbaycan Avtomobil Federasiyası artıq 3-cü ildir ki, Beynəlxalq Avtomobil Federasiyası ilə birlikdə, şəhərimizin küçələrində #3500Həyat layihəsini (kampaniyasını) həyata keçirir.

#3500Həyat (#3500Lives) Beynəlxalq Avtomobil Federasiyası tərəfindən dəstəklənən və dünyanın 100-dən artıq ölkəsində həyata keçirilən, Yol Hərəkəti Təhlükəsizliyi sahəsində beynəlxalq maarifləndirmə kampaniyasıdır.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan Avtomobil Federasiyası ölkəmizdə bu kampaniyanın həyata keçirilməsini təmin edir.

Kampaniya çərçivəsində dünyaca məşhur ulduzlar, idmançılar, incəsənət xadimlər, insanların diqqətini yol hərəkəti təhlükəsizliyinə cəlb edirlər və insanları bu sahədə daha diqqətli olmağa cağırırlar. Layihə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə ilə bağlı Azərbaycan Avtomobil Federasiyasının həyata keçirdiyi ümumi maarifləndirmə kampaniyasının tərkib hissəsidir.

Kampaniya ilə bağlı Bakı şəhərinin mərkəzi küçəsində yerləşdirilmiş plakatlar, sürücülərə əsas təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. FİA və AAF arasında birgə layihə çərçivəsində indiyədək, plakatlar Füzuli küçəsi, Rəşid Behbudov küçəsi, Hüseyn Cavid prospekti, Neftçilər prospekti, Azadlıq prospekti, Üzeyir Hacıbəyli küçəsi, Səməd Vurğun küçəsi, Xaqani küçəsi, Bül-bül prospekti, Puşkin küçəsi, 28 May küçəsi və şəhərin digər mərkəzi küçələrində yerləşdirilmişdir.

 

Hal-hazırda, Bakı şəhərində “3500 HƏYAT”-a aid banerlərin üzərində 5 müxtəlif sahədə fəaliyyət göstərən səfirlər nümayiş olunur:

• ZATI-ALİLLƏRİ MONAKO ŞƏHZADƏSİ ŞARLEN

• ŞARL LEKLER-Formula 1 Pilotu

• MİŞEL YEO-Aktrisa

• FAREL VILYAMS-Müğənni və Bəstəkar

• DİDİYE DROQBA-Futbolçu

 

Baner nöqtələri:

• 28 May küçəsi-Rixard Zorge küçəsi (avtobus dayanacağı)

• Atatürk prospekti (Gənclik Mall ticarət mərkəzinin yaxınlığı)

• S.Vurğun küçəsi-Fizuli küçəsi (Heydər Əliyev Sarayı)

• Parlament prospekti (20 N-li məktəb)

• Şıxəli Qurbanov küçəsi- C. Cabbarlı küçəsi (Xarici İşlər Nazirliyi)

• S.Vurğun küçəsi-A.Xəqani küçəsi

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106463

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
7894

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7273