Yenİ mövsümə yenİ bolİdlə

Formula 1 komandaları 2018-ci il mövsümünə hazırlıq mərhələsindədirlər. Bu mərhələdə daha çox diqqət çəkən və müzakirə olunan məsələ isə kollektivlərin nümayiş etdirdiyi yeni, gücləndirilmiş və daha geniş texniki imkanlara malik bolidlərdir. Bu arada, “Williams” komandası da ictimaiyyətə FW41 bolidini təqdim edib. Fevralın 26-da Barselonada mövsümöncəsi test yürüşlərində sınaqdan keçiriləcək maşın texniki direktor Peddi Lounun rəhbərliyi altında hazırlanıb. Məlumat üçün deyək ki, P. Lou əvvəllər “Mercedes” komandasının uğurları üçün çalışıb. Bu faktı əsas götürən mütəxəssislər yeni boliddən daha yüksək nəticələr gözləyirlər.

 

P. Lou özü isə yaratdığı “dəmir at”ın imkanları barədə belə deyib: “Hər kəs FW41-in üstünlükləri barədə daha geniş məlumat gözləyir. Onu deyə bilərəm ki, yeni bolidin ilk baxışdan gözlə görünəsi mümkün olmayan çoxlu maraqlı imkanları var. Məsələn, komanda bolidin aerodinamik konsepsiyasını tamamilə dəyişib ki, bu da ilk növbədə effektivliyin artmasına və daha böyük sürət yığmağa imkan verəcək. Ümid edirik ki, yeni bolidlə uğurlu nəticələrə imza atacağıq”.

 

Komandanın heyətində isə ötən ilki debütant Lens Stroll, həmçinin Sergey Sirotkin və Robert Kubitsa yer alır.

 

2018-ci ilin Formula 1 mövsümünə martın 25-də Avstraliya Qran-prisi ilə start veriləcək.        


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər