Yenİ mövsümdə İlk qələbə

       

         2018-ci ilin ralli mövsümünə Monte-Karloda start verildi. Dünya çempionatının ilk mərhələsində finiş xəttinə hamıdan tez “M-Sport” komandasının üzvü Sebastyen Ojye çatdı. Həlledici final çıxışında fransalı pilot 4 saat, 18 dəqiqə, 55.5 saniyə nəticə göstərdi. Bu nəticə ilə o, ikinci və üçüncü yerlərin sahibi Ott Tyanakı 58.3 saniyə, Yari-Matti Latvalanı isə 1 dəqiqə, 52 saniyə geridə qoydu.

Məlumat üçün deyək ki, bu, S. Ojyenin Monte-Karloda ardıcıl 5-ci qələbəsidir və doğma trassda birinci olmaqla fransalı pilot ümumi nəticədə də liderliyi ələ keçirdi.

Ralli üzrə dünya çempionatının növbəti mərhələsi fevralın 15-dən 18-nə kimi İsveçdə təşkil olunacaq.

 

Monte-Karlo Rallisi – Final çıxışının nəticələri

1.   Sebastyen Ojye

Ford Fiesta WRC

4s. 18d. 55.5san.

2.   Ott Tyanak

Toyota Yaris WRC

4s. 19d. 53.8 san.

3.   Yari-Matti Latvala

Toyota Yaris WRC

4s. 20d. 47.5 san.

4.   Kris Mik

Citroën C3 WRC

4s. 23d. 38.6 san.

5.   Tyerri Nevill

Hyundai i20 Coupe WRC

4s. 23d. 49.3 san.

6.   Elfin Evans

Ford Fiesta WRC

4s. 23d. 50.3 san.

7.   Esapekka Lappi

Toyota Yaris WRC

4s. 23d. 53.0 san.

8.   Brian Bouffier

Ford Fiesta WRC

4s. 26d. 35.0 san.

9.   Kreyq Brin

Citroën C3 WRC

4s. 28d. 02.2 san.

10. Yan Kopeski

Škoda Fabia R5

4s. 35d. 38.5 san.